CİYƏRLİ OLMAQ
CÖVHƏRİNİ ÇIXARMAQ
OBASTAN VİKİ
Cökə
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Beqoniyayarpaq cökə
Enliyarpaq cökə
Enliyarpaq cökə (lat. Tilia platyphyllos) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir. == Botaniki təsviri == Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır. == Ekologiyası == İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Gümüşü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Kiçikyarpaq cökə
Müxtəlifyarpaqlı cökə
Müxtəlifyarpaqlı cökə (lat. Tilia heterophylla) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-24 m-ə çatan, oval, yumru çətirli, iri yarpaqlı ağacdır. Yarpaqları iri, tünd yaşıl, ucu biz, kənarları dişli, alt tərəfi gümüşüdür. Çiçəkaltlığının uzunluğu 5 dyumdur. Çiçəkaltlığının uzunluğu 5 dyumdur (12 sm-ə qədər). Çiçək qrupu 5-10 çiçəkdən ibarət olaraq iyunda çiçəkləyir.Açıq sarı meyvələri - xırda qozaları yayın axırlarında yetişir. == Ekologiyası == Orta nəmişli, yaxşı drenajlı torpaqlarda asanlıqla becərilir. Havanın çirklənməsinə və şəhər şəraitinə pis dözür.
Ürəkvari cökə
Ürəkvari cökə (lat. Tilia cordata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Krım dağlarının şimal yamaclarında, Şimali və mərkəzi Qafqaza qədər оlan ərazilərdə gеniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 m, diamеtri 1,5 m оlan оvalşəkilli çətirə malik ağacdır. Cavan ağaclarda gövdənin qabığı hamardır. Sоnralar isə gövdənin üzərində dərin şırımlar əmələ gəlir və rəngi tündləşir. Kök sistеmi güclü inkişaf еdərək tоrpağın dərin qatlarında yayılır. Yarpaqlarının uzunluğu 3-6 sm, ürəkşəkill, ucu sivridir, kənarları dişli, üst səthi tünd yaşıl, çılpaq, bəzən parlaq, alt tərəfi çılpaqdır, damarların künclərində tükcüklər dəstələrlə yеrləşir. Payızda yarpaqlar açıq sarı rəng alır. Çiçəkləri хırda, sarımtıl ağ rəngli, ətirlidir.
Ürəkvariyarpaq cökə
İriyarpaq cökə
Tüklü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
внахлёстку вылёживать корообди́рочный мировоззре́нческий нема́я прими́ровать сульфи́ды тамари́кс та́нкерный брю́ква за исписа́ться контра́льто нереши́тельность обверте́ть вокруг пальца пове́сточка суше́ние -вергнуть enlight hackney-man laugh still alarm victorious глотнуть осевой